Gəncədə kişi həyat yoldaşını bıçaqla qətlə yetirib - YENİLƏNİB

13:59 13.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyiti aşkar olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

***

Gəncədə qətl hadisəsi baş verib.

Hafta.az  xəbər verir ki, hadisə şəhərin köhnə avtovağzal adlanan ərazisində qeydə alınıb. 1985-ci il təvəllüdlü Elşən Quliyev həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yeganə Hümbətovanı bıçaqla qətlə yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.