General-mayor Arif Həsənov “professor” elmi adı alıb

22:05 02.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.

Hafta.az xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov “professor” elmi adı alıb.

Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib.

General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.

Qeyd edək ki, “Hərbi bilik” jurnalının redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub. / “Yeni Sabah”/