Gömrük Komitəsi dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu üstələdi

22:15 25.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu 101,5 faiz yerinə yetirib.

Hafta.az-ın məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, bu günədək gömrük orqanları tərəfindən dövlət büdcəsinə 3,887 milyard manat məbləğində vergi və gömrük rüsumu daxil edilib.

 İlin əvvəlində bu göstərici 3,83 milyard manat məbləğində proqnozlaşdırılırdı.