Goranboy rayonunda yanğın 

10:29 07.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunda yanğın baş verib.

FHN-dən hafta.az-a verilən məlumata görə, Goranboy rayonunun Qızılhacıllı qəsəbəsində ümumi sahəsi 42 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.