Yazını böyüt
Yazını kiçilt
Goranboy şəhərində abadlıq, quruculuq və yenidənqurma işləri geniş vüsətlə davam etdirilir.
İcra hakimiyyətindən hafta.az-a bildirilib ki, hazırda İsmət Qayıbov, Vidadi, Cəlil Məmmədquluzadə, Vaqif və Şıxəli Qurbanov küçələrində əsaslı yenidənqurma işləri aparılır, səki yan daşları və gecə işıqlandırma sistemi yenilənir, küçəyə yeni asfalt örtük salınır.