Goranboyda ev yanıb: 1 nəfər xəsarəti alıb

19:58 15.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.