Göyçayın orta məktəb məzunlarından 306 nəfər universitetlərə qəbul olunub 

16:50 13.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Göyçay rayonunda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclərin bir qrupu ilə görüş keçirilib.
Hafta.az-ın yazdığına görə, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət İmtahan Mərkəzinin Regional Şöbəsinin müdiri, rayon təhsil şöbəsinin nümayəndələri, test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 2021-ci ildə keçirilən qəbul imtahanlarında iştirak etmiş rayon məktəblərinin məzunlarından 306 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 5 nəfəri 600-dən, 41 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib.
Rayon üzrə ən yüksək nəticə qazanan Bığır kənd 2 saylı tam orta məktəbin məzunu Ziyəddin İsmayılov 637 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul olunub.