Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi Azərbaycan Ordusunun qələbəsini dəstəkləyir

23:35 07.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyi (GAYB) Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı həyata keçirdiyi əks-hücum taktikasını və həyata keçirdiyi əməliyyatları dəstəkləyir.

Bu fikirlər GAYB sədri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadənin Azərbaycan Prezidentinə ünvanlandığı müraciətdə əksini tapıb.

Bu barədə GAYB sədri N.Məmmədzadə məlumat verib.

Müraciətdə deyilir: “Cənab Prezident, Ali Baş Komandan!

Biz, Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalistlər Sizin rəhbərliyiniz altında Azərbaycan əsgərinin göstərdiyi rəşadətdən qürur duyuruq. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Bu gün biz jurnalistlər də möhtəşəm uğurlara sevinir və alqışlayırıq.

Başda Prezident, Ali Baş Komandan olmaqla Vətən müharibəsində doğma Azərbaycanımıza, onun zəfər eşqi ilə vuruşan əsgərinə uğurlar arzulayırıq!

Biz də Azərbaycanımızın haqq səsini ucaltmağa çalışırıq. Bununla biz qələm sahibləri az da olsa öz töhfələrimizi doğma Azərbaycanımıza ərməğan edirik. Biz, digər torpalarımızın da azad olunması zəfərini həsrətlə gözləyirik.

Biz, Gürcüstanda fəaliyyət göstərən jurnalistlər istər Azərbaycan, istərsə də gürcü dilində Azərbaycan həqiqətlərini əzmlə yayımlayırıq.

Hər kəs Azərbaycanın hüquq müstəvisində ərazisinin əzəli və əbədi sahibi olduğunu bilir”.

Oxunma sayı 391
Media rubrikasından digər xəbərlər