Gürcüstan portalında AZƏRTAC-ın xüsusi müxbirinin Ermənistanın son təxribatları ilə bağlı məqaləsi dərc olunub

22:52 19.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın 24news.ge informasiya portalında AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Xətayi Əzizovun “Ermənistanın dinc əhalini, strateji enerji layihələrini atəşə tutması müharibə cinayətidir” sərlövhəli məqaləsi dərc olunub.

Hafta.az xəbər verir ki, Azərbaycan və gürcü dillərində yayılan məqalədə Ermənistanın beynəlxalq hüququn normalarını pozaraq döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərində və bir sıra rayonlardakı mülki obyektləri, dinc əhalini, eləcə də regional əhəmiyyətli enerji layihələrini raket atəşinə tutması barədə oxuculara məlumat verilir. Bu təxribatlarla Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozduğu vurğulanır.

Oxunma sayı 558
Media rubrikasından digər xəbərlər