Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı

13:07 29.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı 40-a çatıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Direktorun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: 

"Onlardan 21-də koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq".

Qeyd edək ki, Gürcüstanda indiyədək 2 nəfərdə koronavirus aşkarlanıb.