Yazını böyüt
Yazını kiçilt
Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Gürcüstanda demokratiya və qanunun aliliyinə dəstək” adlı qətnamə qəbul edib.
Hafta.az xəbər verir ki, iclasda iştirak edən 77 nümayəndədən 68-i sənədin lehinə, 7-si əleyhinə səs verib, 2-si isə bitərəf qalıb.
Qətnamə layihəsinin mətnində deyilir ki, assambleya Gürcüstan hakimiyyətinin ölkədəki demokratik böhranla bağlı beynəlxalq ictimaiyyət tərəfindən paylaşılan narahatlıqlarına və tövsiyələrinə sistemli şəkildə məhəl qoymamasından dərin təəssüf hissi keçirir.