Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb

22:38 15.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, Saatlı rayon sakini, 1958-ci il təvəllüdlü Şükürov Ağabala Bəybaba oğlu idarə etdiyi “Mercedes” markalı 99 HC 853 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. 

Nəticədə sürücü hadisə yerində ölüb.