Hacıqabulda iki avtomobil toqquşdu

10:14 29.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul rayonunda “Mercedes” və "KamAZ" markalı iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.