Hacıqabulda reydlər davam etdirilir

15:53 07.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində qarşıya qoyulmuş tələb və tapşırıqlara uyğun olaraq iyul ayının 6-da Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri sanitar-epidemioloji qaydalara riayət edilməsini yerində yoxlamaq üçün yenidən bir sıra ticarət və iaşə obyektlərində reydlər keçirib. 

 

Hafta.az xəbər verir ki, reyd zamanı obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah edilib. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına qeyd şərtsiz tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tövsiyələr verilib.

 

Reyd zamanı işində nöqsan aşkar edilən bir iaşə obyekti sahibinə inzibati protokol tərtib edilmiş və dörd ticarət obyekti sahibinə şifahi xəbərdarlıq edilib.

 

Qoruyucu vasitələrdən istifadə etməyən bir vətəndaş barəsində inzibati protokol tərtib edilib.

Oxunma sayı 1943
Sosial rubrikasından digər xəbərlər