Haiti prezidentinə qarşı sui-qəsdin videosu yayılıb

17:31 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Haiti Prezidenti Jovenel Moizə qarşı həyata keçirilən sui-qəsdin videosu yayılıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, kadrlarda Haiti Prezidentinin yaşadığı iqamətgahın ətrafında bir qrup silahlı şəxsin dolaşdığı görünür.

Videonun ikinci hissəsində atəş səsləri eşidilir.

Ölkənin Baş naziri vəzifəsini icra edən Klod Cozefin mətbuata verdiyi məlumata əsasən, Moizin iqamətgahına gecə hücum edilib. Basqın nəticəsində, dövlət başçısı Jovenel Moiz və həyat yoldaşı Martin Moiz ölümcül yaralanıb. Martin Moiz ilk başda yaralı olsa da, daha sonradan o da dünyasını dəyişib.

Hücum edən şəxslərin bəzilərinin ispan dilində danışdığı bildirilir. Halbuki Haitinin rəsmi dilləri Haiti kreol və fransız dilləridir.

Klod Cozef ölkədə vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.