Hakim beynəlxalq yarışa separatçı ermənilərin “BAYRAĞI” İLƏ ÇIXDI -FOTO

12:55 20.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsinin hakimi David Arutyunyan Azərbaycan Respublikası ərazisindəki qondarma separatçı-terrorçu rejim tör-töküntülərinin əski parçasının köynəyindəki əksi ilə Estoniyada keçirilən "Dəmir adam"(“İronman”) beynəlxalq yarışmasında iştirak edib.

Hafta.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan mediası məlumat yayıb.

Vəkil Mikael Şimya da “Facebook” səhifəsində üzdəniraq hakimin fotosunu yerləşdirib.

Qeyd edək ki, “İronman”(“Dəmir adam”) triatlonu («triathlon» - yunan sözlərindən yaranıb, «tri» - üç və «athlon» - yarış deməkdir) -  açıq suda üzməkdən, velosiped yarışından və qaçışdan ibarət olan bir idman növüdür; bu növlər ardıcıllıqla bir-birinin ardınca gəlirlər. Avropa və Amerikada ən kütləvi həvəskar idman növlərindən biridir.