Hamilə olduğunu bilməyən britaniyalı qadın özünün gözlənilməz doğumu haqqında danışıb.
Hafta.az Metro nəşrinə istinadla bildirir ki, 23 yaşlı Salli Smit gecə klubunda çalışıb. Onun sözlərinə görə, hamilə olduğunu bilməyib. Hətta çəkisi də artmayıb. 8 aylığında isə onun belindən ağrıları tutub. Lakin bu ağrıları yorğunluq və gərgin iş qrafiki ilə əlaqələndirib. Hamilə ola-ola ağır içki çəlləkləri və digər yükləri belə daşıyıb. Doğuma bir həftə qalmış isə yeriməkdə çətinliklər çəkib.
Doğumdan əvvəl qadın ağır növbədən sonra evinə gəlib. Səhər saat 10-da isə qarnında kəskin ağrılar başlayıb. Bacısının məsləhəti ilə isti vanna qəbul edərkən doğum başlayıb. Təcili yardım çağrılsa da, xəstəxanaya çata bilməyiblər. 3,1 kiloqramlıq oğlan uşağı xəstəxananın avtomobil dayanacğında dünyaya gəlib.