Qarşıdakı 3 ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq.
Hafta.az xəbər verir ki, bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, koronavirus insanların həyatına daxil olub və yeni normalar müəyyənləşib:
”Son bir ildə hər kəsin həyatı çox dəyişdi. Bu, bir yandan pandemiya yorğunluğunu ortaya çıxardı. Peyvənd vurulana qədər yeni normalarla yaşamalıyıq və ona əməl etməliyik. Yeni normaları bir-birimizə pozitiv şəkildə ötürməliyik”.
H. Harmancı əlavə edib ki, qarşıdakı 3 ay çox kritikdir:
“Çünki yazdan etibarən artıq peyvənd daha çox olacaq. Gənc adamlar peyvənd olunduqca yoluxma da azalacaq. Bu səbəbdən qış bitənə qədər bunlara davam etməliyik”.