Yazını böyüt
Yazını kiçilt
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, dost olmayan heç bir Qərb şirkəti Rusiya bazarını əlini-qolunu sallaya-sallaya tərk edə bilməzlər. Onun sözlərinə görə, bazarı tərk etmək istəyən şirkətlər müvafiq hökumət komissiyasının müəyyənləşdirdiyi qaydaları yerinə yetirməlidirlər.
Hafta.az-ın “İnterfaks”a istinadən yazdığına görə, Peskov “Hazırda təbii ki, sərbəst çıxış deyə bir şey yoxdur, komissiya çıxışları ciddi şəkildə tənzimləyir” deyib. Sözçü onu da əlavə edib ki, Rusiya xarici investisiyalara açıqdır.
“Financial Times” qəzeti bazarı tərk etmək istəyən şirkətlərin dollar və ya avro əvəzinə rublla satış etməyə məcbur olduğunu yazıb. Qəzet iddia edir ki, Rusiya bu yolla “de-fakto” valyuta nəzarəti tətbiq edir.