Həkimlərə maaşdan əlavə PUL VERİLƏCƏK

13:18 23.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, əlavənin verilmə müddəti 1 oktyabra kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.