Həyətində çətənə kolu yetişdirən şəxs saxlanılıb

15:49 02.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bəxtiyar Mikayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirdiyi çətənə bitkiləri və marixuana aşkar olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.