Hikmət Hacıyevin dediyi “Vahid 6-lıq modeli” nədir? - Deputat

12:00 22.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Türkmənistan, Tacikistan və Qazaxıstana dövlət səfərləri maraqla izlənir. Prezidentin köməkçisi Hikmət Hacıyevin öz sosial hesabında bu məsələylə bağlı paylaşımı xüsusilə maraqla izlənib. O qeyd edib ki, əvvəllər Azərbaycana Mərkəzi Asiya ölkələrinin münasibətləri “5+1” formulu ilə təsvir edilirdisə, bu gün həmin konsepsiya riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib. Hacıyev deyib ki, bu münasibətlər vahid "6-lıq" modelini formalaşdırır və bu, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığına əsaslanan inteqrasiyanın dərinləşməsini və ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür.

“Vahid 6-lıq modeli” nədir, məsələyə Prezidentin Qazağıstan səfərindən yanaşsaq proseslər necə irəliləyir?

Milli Məclisin deputatı Fazil Mustafa Hafta.az-a bildirib ki, bu, gözəl nikbinlikdən xəbər verir. Çünki türk dövlətləri artıq hansısa bir işarələrin köməyi ilə birləşib ayrılmır. Artıq biz birik, vəhdətdəyik.

“Əslində Hikmət Hacıyev bu məqama diqqət çəkib və metafora yerindədir və anlamlıdır. Bu, mövcud reallıqda hamımızın ürəyini sevincə bürüyən reallıqdır. Çünki bu gün Qazağıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanda Azərbaycan Prezidentinə olan münasibət sevindiricidir. Bizim qardaşlığımızın təməlləri möhkəmlənir və gələcəyimizi bir yerdə qurmağa səy göstəririk”- deputat deyib.