Hindistan qadın batalyonu yaratdı

17:13 06.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistan Birləşmiş Millətlər Təşkilatının Abyei Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin (UNISFA) bir hissəsi olaraq ilk qadın sülhməramlı batalyonunu yerləşdirib. Bu ərazinin mülkiyyəti Sudan və Cənubi Sudan tərəfindən mübahisəlidir.

Hindistanın BMT-dəki Daimi Nümayəndəsi Ruçira Kamboc tvitter hesabında "Bu, son illərin ən böyük qadın sülhməramlı birliyidir" deyib.

Hindistanın BMT-dəki Daimi Nümayəndəliyi də xüsusi bəyanat yayıb ki, bu addım “Hindistanın sülhməramlı kontingentlərdə hindli qadınların sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətini” göstərir.

Hindistan missiyası bildirib ki, iki zabit və 25 aşağı rütbədən ibarət Hindistan qadın kontingenti icma ilə əlaqədə ixtisaslaşacaq, həmçinin təhlükəsizliklə bağlı geniş tapşırıqları yerinə yetirəcək.