Hindistan tərəfi Çini sərhəd bölgəsində yeni təxribatla məşğul olmaqda günahlandırıb.
Hafta.az yazır ki, Hindistanın Müdafiə Nazirliyi Çin ordusunun sərhədyanı Ladax bölgəsində həyata keçirdiyi fəaliyyətləri imzalanmış hərbi və diplomatik mahiyyətli sazişlərə uyğun gəlmədiyini bildirib. Nazirlik qeyd edib ki, Çin ordusu razılaşmaları pozaraq, Çinin Panqonq gölü yaxınlığında xeyli fəallaşıb və bu da, Hindistan əsgərlərini öz mövqelərində daha ayıq olmağa məcbur edir.
Aıqlamada daha sonra qeyd edilib ki, iki ölkənin komandanları məsələni müzakirə etmək üçün sərhəddə görüşüblər.
Qeyd edək ki, hələlik, problemlə bağlı Çindən rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Hindistanın şimal-şərqindəki Ladax bölgəsində, iyunun 15-də yaşanan silahlı qarşıdurmada 20 hind əsgəri həlak olmuşdu. Hadisədən sonra iki ölkənin rəsmi nümayəndələri videokonfrans yolu ilə görüş keçirmişdi.
Çinin Dehlidəki səfiri Sun Veydong, iyulun 10-da çinli əsgərlərin Galvan vadisindən çıxarıldığını elan etmişdi.