Yazını böyüt
Yazını kiçilt
İyunun 25-də Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında azı 92 nəfər ildırım vurması nəticəsində həlak olub.
Bihar ştatının Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Departamenti ən çox ölüm hallarının Hopalhandj rayonunda baş verdiyini bildirib – 13 nəfər.
Ümumilikdə isə Bihar və Uttar-Pradeş ştatlarında ildırım vurması səbəbindən 100-dən çox insan həyatını itirib. Hazırda bu ştatlarda ildırım çaxması ilə müşayiət olunan musson yağışları davam edir.