Yazını böyüt
Yazını kiçilt
Hindistanda ötən gün ərzində COVID-19 infeksiyasına 40 min 243 yoluxma qeydə alınıb. Bu, pandemiya başalayandan bəri Hindistanda qeydə alınmış gündəlik ən yüksək göstəricidir.
İndiyədək Hindistanda 1 milyon 118 min 107 nəfər yeni növ koronavirusa yoluxub. Ötən gün ölkədə COVID-19 səbəbindən 675 ölüm halı baş verib. İndiyədək, ümumilikdə 27 min 503 nəfər bu virusdan ölüb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.