Hindistanda qalan əcnəbilərin viza müddəti uzadılır

17:34 13.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistan hökuməti koronavirus epidemiyası ilə əlaqədar ölkədə çıxılmaz vəziyyətdə qalmış əcnəbi vətəndaşların vizasını aprelin 30-dək ödənişsiz şəkildə uzadıb.

Hafta.az xəbə verir ki, vizanın müddəti əcnəbi vətəndaş onlayn formada müraciət etdikdən sonra uzadılacaq.

Bu qərar fevralın 1-dən başlayaraq viza müddəti bitən şəxslərə aiddir.

Qeyd edək ki, aprelin 30-dək Hindistan ərazisində ciddi özünütəcrid rejimi elan edilib. Bu günədək ölkədə 9 240 nəfər koronavirus yoluxub, 331 nəfər vəfat edib.