Yazını böyüt
Yazını kiçilt
Hindistanın Qucarat ştatının Surat şəhərində yerləşən V D Global şirkəti öz növünün ən nadirlərindən biri hesab edilən unikal “almazın içərisində almaz” tapıb. Bu barədə “Times of India” məlumat yayıb.
0,329 karat ağırlığında unikal rəngsiz almaza tapıntının emosiyasını əks etdirən “Döyünən Ürək” adı verilib. Almazın bir xüsusiyyəti var: onun içərisində boşluqda sərbəst hərəkət edən daha kiçik bir almaz var.