Hindistanın qızıl-valyuta ehtiyatları 657 milyard dollar keçdi

10:19 15.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın qızıl-valyuta ehtiyatları iyulun 5-də sona çatan həftədə 657,155 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Hafta.az-ın yazdığına görə, bu barədə ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən Hindistan Ehtiyat Bankı (RBI) tərəfindən dərc olunan həftəlik məlumatında deyilir.

Sadəcə son 7 gündə Hindistanın ümumi qızıl-valyuta ehtiyatları 5,16 milyard dollar artıb.

Valyuta ehtiyatlarının ən böyük komponenti olan xarici valyuta aktivləri (FCA) 577,11 milyard dollar, qızıl ehtiyatları isə 57,432 milyard dollar təşkil edib.

Hesabat həftəsinin sonunda FCA həcmləri 42,29 milyard dollar, qızıl ehtiyatları isə 904 milyon dollardan çox artıb.