Hökumətin qərarı özünü sığortalamaqdan irəli gəlir – İlham Şaban

16:43 14.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 45 dollar götürülməsi ilə bağlı hökumətin qərarı özünü sığortalamaqdan irəli gəlir.

Bu fikirləri hafta.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, indiki şəraitdə nəyisə doğru-düzgün proqnoz etmək olduqca çətindir:

“Ötən il noyabr ayında cari il üçün neftin qiymətlərinə dair proqnoz verilərkən ekspertlər hesab edirdilər ki, dünya üzrə neftin qiyməti minimal olaraq 52, maksimal 57 dollar arasında dəyişəcək.

Bu vəziyyətdən sığortalanmaq üçün əsasən hasilatçı şirkətlər öz büdcələrini 40 dollardan götürdülər. İkinci bir tərəfdən, cari il üçün belə yüksək qiyməti dünyada postpandemiya dövründə iqtisadiyyatın ziqzaqvari artımı ilə bağlı proqnozlaşdırmışdılar.

Yəni, 2020-ci ildə dünya iqtisadiyyatı necə kəskin eniş yaşamışdısa, proqnoz edilirdi ki, elə ona uyğun da artım olacaq və neftə tələbat yaranacaq. Həqiqətən də elə o cür baş verdi. Ancaq heç kəs gözləmirdi ki, neftin qiymətləri 70 dollar səviyyəsini aşacaq.

Baxmayaraq ki, ilin birinci yarısında neftin orta qiyməti 60,5 dollar idi. Cari il üçün proqnoz 65 dollardır. Buna da səbəb hava şəraitinin qeyri-sabit keçməsi oldu. Yəni, qış həddindən artıq soyuq, yay isə həddindən artıq qızmar oldu və enerjiyə olan tələbat da yüksəldi. İndi sentyabr ayıdır və qiymət 74 dolları ötüb, qazın qiyməti isə 800 dolları keçib.

Neftin indiki qiymətində Meksika körfəzində Amerikanın hasilatçı ştatlarında qasırğa təhlükəsi öz rolunu oynayır. Və bundan öncə də “İda” qasırğasının fəsadlarının hələ də aradan qaldırılmamasıdır. Klimativ faktorlar proqnoz edilməyən faktorlardır ki, onlar öz risklərini neftin və qazın qiymətində əks etdirir”.

İqtisadiyyat rubrikasından digər xəbərlər