Honq-Konqda hüquq-mühafizə orqanları iki məhbusun balkonda cinsi əlaqədə olduqlarını əks etdirən videoya gizli şəkildə baxıb. Bu barədə VICE məlumat yayıb.
Hadisə iyun ayında baş verib. Sosial şəbəkələrdə ər-arvadın yaşayış binasının şüşəli eyvanında necə cinsi əlaqədə olduqlarını əks etdirən video yayılıb. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 36 yaşlı qadını və onun 30 yaşlı sevgilisini saxlayıblar - onları 7 ilə qədər həbs gözləyir.
Sonradan məlum olub ki, böyük bir qrup polis məmurları gizli şəkildə cütlüyün dosyesinə daxil olub və icazəsiz intim xarakterli videoya baxıblar. Bundan əlavə, təhlükəsizlik qüvvələri qadının həbsdən sonra çəkilmiş fotosunu messencerlərdə bir-birinə göndərib.
Honq-Konq polisinin sözçüsü cavab verib ki, insidentdə iştirak edənlərə qarşı “müvafiq intizam tədbirləri görülüb”.