Huron gölü üzərində vurulan zərbə mülki aviasiya üçün təhlükə idi - Pentaqon

13:47 13.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Müdafiə Nazirliyi Kanada ilə sərhəd yaxınlığındakı göl üzərində “mülki aviasiya üçün təhlükə yaradan və potensial kəşfiyyat riskləri daşıyan” hava hədəfinin tutulduğunu təsdiqləyib.

Pentaqonun məlumatına görə, mahiyyəti, kimliyi və məqsədi araşdırılan obyekt ABŞ prezidenti Co Baydenin göstərişi ilə F-16 qırıcısı tərəfindən hava-hava tipli raketdən istifadə edilərək vurulub.

İdarədən əlavə ediblər ki, hərbçilər bu barədə ətraflı öyrənmək üçün obyektin fraqmentlərini toplamağa çalışırlar. Hədəf bazar günü səhər saatlarından vizual və radarla izlənilib. Ehtimal ki, o, bir gün əvvəl Montanadakı müdafiə obyektlərinin yaxınlığında müşahidə edilib.