İçərişəhərdə belə hadisə baş verməyib - Açıqlama

21:00 05.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQ) İçərişəhər ərazisində yerləşən restoranlardan birində liftin qırılması barədə məlumatı təkzib edib.

İdarənin Mətbuat Xidmətindən hafta.az-a daxil olan açıqlamada bildirilib ki, 5 aprel 2022-ci il tarixində İçərişəhər ərazisində yerləşən restoranların birində liftin qırılması haqda məlumatlar həqiqəti əks etdirmir.

"İçərişəhər ərazində belə bir hadisə baş verməyib" , - deyə məlumatda qeyd olunub.