İki avtomobil toqquşdu, bir nəfər öldü

17:51 16.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nəsimi rayonunda iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, şəhər sakinləri Emil Həşimovun idarə etdiyi “Renault” və Z.Şərifovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Həşimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.