İki maşın toqquşub - Ölən var

17:06 05.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, oktyabrın 4-də saat 12 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.