Yazını böyüt
Yazını kiçilt
Bakıda silahlı insident törədən şəxs saxlanılıb.
Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
"Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb", - DİN rəsmisi deyib.
Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.
***
Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
DİN-dən hafta.az-a bildirilib ki, hadisə zamanı 2 nəfər xəsarət alıb.
"Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb", - deyə rəsmi məlumatda qeyd olunub.