Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.
Hafta.az-ın məlumatına görə, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev (+100 kq) Paralimpiadada 3-cü yeri tutub.
1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzan Zəkiyev rəqibi finala çıxdığına görə təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanıb.
İlk qarşılaşmada yamaykalı Teador Subbaya qalib gələn təmsilçimiz bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
3-cü yer uğrunda görüşdə isə həmyerlimizin rəqibi olan Şirin Şaripov (Özbəkistan) görüşə çıxmayıb. Nəticədə İ.Zəkiyev bürünc medal qazanaraq Azərbaycan yığmasının aktivinə Tokioda 11-ci medalı qazandırıb.
Hazırda komandamızın hesabında 8 qızıl və 3 bürünc medal var.