Finlandiyanın baş naziri Sanna Marin, şahzadə Harrinin həyat yoldaşı Meqan Markl və məşhur amerikalı müğənni Billi Eyliş “Financial Times” qəzetinin 2022-ci ilin ən nüfuzlu 25 qadını siyahısına daxil edilib.
Onlara əlavə olaraq Britaniya tacından çıxmağı dəstəkləyən Barbados Baş naziri Mia Mottley, Kolumbiya vitse-prezidenti Francia Elena Marquez Mina, ABŞ Ali Məhkəməsinin ilk qaradərili hakimi Ketanji Brown Jackson da diqqət çəkib. Pakistandakı daşqın problemi ilə bağlı çıxış edən ölkənin İqlim Naziri Şerri Rəhman, fəal və həkim Rebekka Qomperts, eləcə də bu il Nobel Sülh Mükafatını qazanan Ukrayna İnsan Haqları Təşkilatının rəhbəri Oleksandra Matviyçuk da siyahıda yer alıb.
Qəzet ölkədə gənc iranlı qadın Məhsa Əmininin ölümü ilə bağlı etirazlar fonunda iranlı qadınları da siyahıya daxil edib. Ən nüfuzlu qadınların siyahısına aktrisa Mişel Yeoh, dünyanın ən böyük maliyyə korporasiyalarından birinin baş direktoru Citigroup Ceyn Freyzer, yazıçılar Enni Erno və Tsitsi Dangarembqa daxildir.