İmtahandan xaric edilənlərə heç bir halda ikinci şans verilməyəcək - DİM sədri

12:55 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmtahandan xaric edilənlərə heç bir halda ikinci şans verilməyəcək.

Hafta.az-ın məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, həmin şəxslər qayda-qanunu pozur və digər abituriyentlərin inamını zədələyirlər.

“Onların bu il müsabiqədə iştirak etmək hüququ yoxdur” - deyə o əlavə edib.