İmtahanlardan sonra DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək

11:46 07.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir.

DİM-dən hafta.az-a bildirilib ki, imtahanlardan sonra saat 16:00-da DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək. Mərkəzin məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı ətraflı məlumat verəcəklər.