Yazını böyüt
Yazını kiçilt
Aprelin 6-da İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentrinin Molukka dənizi akvatoriyasında, Ternate şəhərindən 124 kilometr şimal-qərbdə, ocağının isə 53,6 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.