Yazını böyüt
Yazını kiçilt
Avqustun 19-da İndoneziyanın Sumatra adasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərindən 423 kilometr qərbdə, ocağının 40 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.