İndoneziya sahillərində zəlzələ olub

11:10 06.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 6-da İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Ternate şəhərindən 132 kilometr şimal-şərqdə, ocağının isə 26,6 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.