İngiltərədə bir neçə uşaq göldə buzların arasında qaldı

20:14 12.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sky News yerli polisə istinadən xəbər verir ki, İngiltərənin qərbindəki West Madlands bölgəsindəki Solihull gölündə bir neçə uşaq buzun arasından düşüb, axtarış-xilasetmə işləri davam edir.

Məlumata görə, hadisə ötən gecə baş verib. Polisin ilkin məlumatlarına görə, altıya qədər uşaq suda ola bilər, xilas edilən uşaqlardan dördünün vəziyyəti ağırdır.

“Yanğınsöndürənlər hadisə yerinə gələndə bizə dedilər ki, 6 nəfər sudadır. Buna görə də dörd uşağı xilas etdikdən sonra suda hələ də insanların olub-olmadığını öyrənmək üçün axtarış-xilasetmə əməliyyatını davam etdirdik "deyib West Midlands polis müfəttişi Riçard Harris.

Lakin onun sözlərinə görə, temperaturun aşağı olması, uşaqların yaşı və hadisənin baş verdiyi günün saatı səbəbindən yerdə qalan uşaqları xilas etmək şansları çox azdır. Yanğınsöndürmə xidmətinin məlumatına görə, uşaqlar oynayarkən buzdan yıxılıblar.