İngiltərədə uşaqlar muzeydə 230 illik heykəli qələmlə yazdılar

19:27 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərədə uşaqlar ekskursiyaya gəldikləri muzeydə 230 illik heykəli karandaşlarla rəngləyiblər, Daily Star yazır.

Muzeydən bildirilib ki, qədim yunan mifologiyasına aid tanrı heykəli zədələnib. Uşaqlar Pasxa bayramında pulsuz verilən mavi rəngli karandaşlarla heykəlin başını rəngləyiblər.

“Bunun baş verməsindən məyus olduq və muzey komandası bu olaydan anlaşılan şəkildə üzüldü”, - yazıda deyilir.

Xoşbəxtlikdən bərpaçılar muzey eksponatına zərər verə biləcək əlavə kimyəvi maddələrdən istifadə etmədən heykəldən təbaşirini çıxara biliblər.

“Belə hadisələr çox nadirdir. Milyonlarla ziyarətçi bizim nəzarətimizdə olan yerləri yüksək qiymətləndirir və onlara hörmətlə yanaşır”, - deyə muzey əlavə edib.