Böyük Britaniya 12 “Challenger 2” döyüş tankını Ukraynaya təhvil verməyi düşünür. Bu barədə Britaniyanın Sky News telekanalı məlumat yayıb. Xüsusilə, Britaniya hökuməti Rusiya qüvvələrinə qarşı döyüş meydanında istifadə oluna bilən “Challenger 2” tanklarının Ukraynaya təhvil verilməsi imkanını nəzərdən keçirir, lakin hələlik belə bir qərar verilməyib. Xüsusilə, ehtimal ki, söhbət 12 tankdan gedir.
Eyni zamanda, Böyük Britaniya Ordusu Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat hesab edir ki, döyüş meydanında vəziyyətə həqiqətən təsir etmək üçün Ukraynaya ən azı 50 tank göndərilməlidir. Dannatt Britaniyanın 12 tank təklif edəcəyinə dair xəbəri tənqid edib.
"12 tank sırf simvolikdir. Mən 25, 30, hətta ən azı 50 tank göndərməyi təklif edərdim. Bu, real dəyişiklik gətirər", - o deyib.
O izah edib ki, Ukrayna çox güman ki, Rusiyanın qışın sonu və ya yazın əvvəlində “müəyyən formada hücum” təşkil edəcəyi vəziyyətlə üzləşəcək, ona görə də Qərbdən daha çox yardıma ehtiyac “həmişəkindən daha çox”dur.