İnternet nə üçündür?

15:15 04.06.2009
Yazını böyüt
Yazını kiçilt
İnternet insanlar arasınla əlaqə, alış-veriş, iş axtarışı və bu kimi əhəmiyyətli işlərin görülməsi üçün əlverişli imkanlar yaradıb. Bununla yanaşı, o, insanların nikahdankənar əlaqələri üçün də imkanlar açıb ki, bu da artıq bütün dünyada ailədaxili problemlərin xeyli artmasına səbəb olub.
4000-dən artıq insan arasında keçirilmiş sorğu göstərib ki, internet istifadəçilərinin 30 faizi beynəlxalq şəbəkəyə məhz ər və ya arvadına xəyanət etmək üçün özünə “sevgili“ tapmaq məqsədi ilə daxil olur. Daha 10 faiz etiraf edib ki, internet vasitəsilə tanış olduğu insanların ən azı 10-u ilə realda da eşq macərası yaşayıb.
1300-dən artıq internet istifadəçisi şəbəkəyə “tərəfdaşı ilə məzələnmək üçün“ qoşulduğunu, 80 faiz isə mütəmadi olaraq pornosaytlara daxil olduğunu etiraf edib.
İnternet istifadəçisi olan kişilərin 70 faizi xanımlarının onların internetdə nə ilə məşğul olduqlarını bilmədiklərini söyləyib.
Statistika göstərir ki, məhz internet vasitəsilə tanışlıq son dövrlərdə son dərəcə ciddi ailə problemlərinə və saysız-hesabsız boşanmalara səbəb olur.

rubrikasından digər xəbərlər