Artıq 31-ci ildir ki, Azərbaycanın Qarabağ torpaqlarının bir hissəsində qondarılmış və bu gün də tör-töküntüləri Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyan Kəlbəcər rayonunun Çormanlı(“Qarnakar”), Şahmansurlu(“Şahmasur”), Bazarkənd ("Tsmakaoq") və Həsənriz ("Aterk") kəndlərinə işgüzar səfər edib.
Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Məcəlləsinin 8 maddəsi ilə İnterpolla axtarışa verdiyi separatçı rejim başçısı Kəlbəcərin adı çəkilən 4 kəndində məskunlaşmış ermənilərin mövcud problemləri ilə maraqlanıb, “sakinlərin məşğulluqla bağlı təkliflərini dinləyib və onlarla gələcək fəaliyyət planını müzakirə edib”.