İordaniyada yeni paytaxt şəhərin yaradılması ilə bağlı rəsmi açıqlama, ölkənin yaşadığı çətin iqtisadi şərtlər səbəbiylə iordaniyalılar tərəfindən tənqidlə qarşılanıb.
Hafta.az-ın aawsat-a istinadən yazdığına görə, əksər nazirlik və idarələrin köçürülməli olduğu yeni paytaxtla bağlı hökumətin təbliğat kampaniyası iordaniyalıları bunun əhalinin artımına qarşı çıxmaq və daha yaxşı həyat keyfiyyətini təmin etmək üçün strateji layihə olacağına inandıra bilməyib.
Paytaxtdan cəmi 40 kilometr, Kraliça Alia Beynəlxalq Hava Limanından 27 kilometr məsafədə, İordaniyanı Səudiyyə Ərəbistanı və İraqla birləşdirən iki beynəlxalq xətt arasında yerləşən yeni şəhərin xüsusiyyətlərini müzakirə edərkən, iordaniyalılar ölkə şəhərlərinin və infrastrukturun inkişafına böyük maraq göstərib, yoxsul cənub vilayətlərinin infrastrukturlarının canlandırılması çağırışı ediblər.
Qeyd edək ki, "yeni şəhər və ya paytaxt” layihəsi hökumətlərarası layihə olub ötən əsrin sonlarından danışılır. Bununla belə, suriyalı və iraqlı qaçqınların İordaniyaya ardıcıl dalğasının ardınca, əhalinin sayının artması və insanların sıxlığının görünməmiş yüksəkliklərə çatması ilə layihənin həyata keçirilməsində ciddi aktuallıq olduğu görünür.
Paytaxt Əmman əhalinin sıxlığı səbəbindən gecəqondularla genişlənməli olub.
Bu gün İordaniya dövlətinin yaranmasından 100 il sonra yeni paytaxt ideyası artıq seçim deyil, zərurətdir.
Rabitə Nazirliyinin baş katibi Zaid ən-Navayisin sözlərinə görə, Krallığın əhalisi 11 milyonu keçib və bu qədər əhalinin təxminən yarısı paytaxtda yaşayır.
Bu yerdə sual yaranır: Niyə yeni şəhər Petra, Şavbek və Aqaba yolu arasındakı ərazidə salınmır? Tənqidlər təkcə ictimaiyyətlə məhdudlaşmayıb, rəsmi məqamlara qədər genişlənib. Bildirilir ki, tənqidçilərin ən görkəmliləri nümayəndələri arasında su hövzəsində suriyalı qaçqınlar üçün Zaatari düşərgəsi yaradan keçmiş media naziri Tahir əl-Advan da var. O, yeni layihə ilə bağlı narahatlığını bu sözlərlə ifadə edib: "Maraqlıdır, yeni şəhərdə yaşaması gözlənilən bir milyona yaxın insan su ilə necə təmin olunacaq. Həm də Petra, Şavbek və Aqaba yolu arasındakı ərazidə yeni şəhər niyə salınmır? Orada təmiz su ehtiyatları var və beləliklə, cənubdakı şəhərləri canlandırmaq, inkişaf etdirmək və sərmayə qoymaq olar”.
Siyasi fəal Məhəmməd əz-Zəvahir, Krallığın cənubunda böyük ərazilərə malik enerji və su ehtiyatlarına ən yaxın şəhərlərin belə əziyyət çəkdiyi bir vaxtda yeni şəhərə təcili ehtiyac olduğuna inanmadığını söyləyib.
Şəhərsalma üzrə ekspert Murad əl-Kalalidə yeni paytaxtla bağlı aşağıdakı qiymətləndirməni edib: "Yeni paytaxt şəhərinin salınmasının əhəmiyyəti ondan ibarətdir ki, o kənd ərazisini şəhər ərazisinə çevirəcək. Yeni ərazi dağlıq Əmman şəhərindən fərqli olaraq düzənlikdir ki, bu da infrastrukturun həyata keçirilməsinin asanlığı baxımından müsbət haldır".
İordaniya hökumətinin rabitə naziri Feysəl əl-Şabul isə layihə haqqında aşağıdakı məlumatları verib: "Şəhərin birinci mərhələsində əhalinin sayı təxminən 157 min nəfər olacaq və 2050-ci ilədək bu rəqəm, təxminən 90 min nəfər üçün iş yerinin yaradılması ilə birlikdə, 1 milyon nəfərə çatacaq. İordaniyanın əsas institutlarından başqa, dövlət qurumlarının əksəriyyətinin paytaxt Əmman və Zərqa kimi böyük şəhərlərə əhalinin təzyiqini azaldacaq. Paytaxt yeni şəhərə köçürüləcək, şəhərin birinci mərhələsinin sahəsi təxminən 25 kvadratkilometr, ümumi sahəsi isə 270 kvadratkilometr olacaq. Tənqidçilərin dövlət pullarının israfı olacağını iddia etdiklərinin əksinə olaraq, yeni şəhər iqtisadi artımın stimullaşdırılmasına töhfə verəcək”.
Xatırladaq ki, tikintisinə 2025-ci ildə başlanılması və 2033-cü ildə başa çatdırılması planlaşdırılan, dəyəri 12 milyard dollardan çox olan və tamamilə dövlət torpaqlarında tikiləcək yeni şəhər layihəsi üçün bu il ətraflı planlar hazırlanacaq.