“İran Ermənistanın yeni hamisi olmaq istəyir" - Ekspert

18:39 09.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Uzun müddətdir ki, İran antipaşinyan müxalifət ilə işləməyə, onları təşkilatlandırmağa çalışır, Rusiyanın bölgədən çəkiləcəyi təqdirdə özünü Ermənistanın əsas hamisi ola biləcəyini sübut etmək istəyir”.

Bunu hafta.az-a siyasi şərhçi Cəmaləddin Quliyev daim bölgəyə yad qüvvələrin gəlməsinin yolverilməzliyi haqda qırmızı xəttinin olmasından danışan İranın 5 aprel ABŞ, Avropa İttifaqı, Ermənistan rəsmilərinin Brussel görüşünə susqun yanaşması ilə bağlı açıqlamada bildirib.

C.Quliyev İranda zaman-zaman Ermənistanın Qərbə yönəlməsini qınayan müəyyən yazıların olduğunu bildirib.
“Amma hələ ki, rəsmi səviyyədə mövqe ifadə olunmayıb. Bunun bir səbəbi də Fransa-İran əlaqələrində, Tehranın Ermənistanla bağlı xoş jestlərinin Paris tərəfindən təqdir edilməsindədir. Belə susqunluq Azərbaycana da imkan verir ki, İsrail və Türkiyə ilə hərbi əməkdaşlığını daha genişləndirsin. Madam ki, İran bölgəyə yad qüvvələrin gəlməsinin yolverilməzliyi haqda qırmızı xəttinin pozulmasına laqeyd qalır, bunun davamına da dözməli olacaq”.

C.Quliyev İsrail səfirliyinin legitim hədəf kimi göstərilməsini isə bu dövlətin beynəlxalq hüquqa münasibətinin göstəricisi olduğunu deyib.

“Təəəsüf ki, Sepaha yaxın deputatın təhdid açıqlamasından sonra üzrxahlıq bəyanatları olmadı. Əksinə, bütün dünyada İsrail səfirliklərinin legitim hədəf olması haqda açıqlamalar verildi. Əminəm ki, Azərbaycan İsrailin müvafiq qurumları bu təhdidin qarşını almaq üçün kifayət qədər hazlrlıqlıdır”.

Siyasət rubrikasından digər xəbərlər